BAKI, 4 avqust. TELEQRAF

2025-ci il ərzində neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) üzrə daxilolmaların büdcə proqnozu ilə faktiki icrası arasında kəskin kənarlaşma müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.

Sənədə əsasən, hesabat dövründə müvafiq gəlir istiqaməti üzrə 25,4 mln. manat həcmində daxilolma proqnozlaşdırılsa da, il ərzində faktiki daxilolmalar cəmi 0,01 mln. manat təşkil edib. Nəticədə proqnoz tapşırığı cəmi 0,04% icra olunub.

Bu gəlir maddəsi üzrə daxilolmaların azalmasına səbəb Ukrayna-Rusiya münaqişəsi ilə əlaqədar Qara Dəniz vasitəsilə Qərb İxrac Boru Kəməri üzrə daşınmaların dayandırılması olub.