BAKI, 8 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 5 milyon 464 min 9 sərnişin daşınıb.

ADY-dən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18% daha çoxdur.

Bundan əlavə, cari ilin iyun ayında 950 min 287 sərnişin daşınıb ki, bu da 24% artım deməkdir.

İlin birinci yarısında Abşeron dairəvi dəmir yolu ilə 5.1 milyondan çox (17% artım), rayonlararası marşrutlarla isə təxminən 289 min sərnişin (17% artım) səfər edib.

Eyni zamanda, mayda yenidən fəaliyyətə başlamış Bakı-Tbilisi-Bakı reysləri ilə 12 mindən çox sərnişin daşınıb.