BAKI, 8 iyul. TELEQRAF
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinonun komandadakı gələcəyi sual altındadır.
Teleqraf xəbər verir ki, buna ABŞ yığmasının DÇ-2026-nın 1/8 final mərhələsində Belçikaya 1:4 hesabı ilə uduzaraq turnirlə vidalaşması səbəb olub.
ABŞ Futbol Federasiyasının açıqlamasına görə, mundial başa çatdıqdan sonra tərəflər “istirahət və yenidən düşünmək” üçün fasilə götürəcək. Bundan sonra Poçettino ilə mümkün əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışıqlar bərpa olunacaq.
Argentinalı mütəxəssisin hazırkı müqaviləsi dünya çempionatının sonunda başa çatacaq.
Qeyd edək ki, Poçettino ABŞ millisini 2024-cü ilin sentyabrından çalışdırır. O, daha əvvəl “Tottenhem”, PSJ və “Çelsi”yə rəhbərlik edib.