BAKI, 8 iyul. TELEQRAF

“Sabah” Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb.

Teleqraf xəbər verir ki, buna Masazır təmsilçisinin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS klubunu məğlub etməsi səbəb olub.

“Sabah”ın qələbəsi ölkə reytinqinə 0,250 əmsal qazandırıb.

Hazırda Azərbaycan 18,812 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 27-ci sırada 18,250 əmsalla Slovakiya, 25-ci yerdə isə 20,750 əmsalla İsrail yer alıb.

Qeyd edək ki, UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.