BAKI, 7 iyul. TELEQRAF

10 iyuldan 6 avqustadək Bakı-Tbilisi-Bakı istiqaməti biletlər mövcuddur və cəmi 5500-ə yaxın bilet satışa çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, istiqaməti üzrə Azərbaycan Dəmir Yolları 10 iyul tarixindən Bakı-Tbilisi istiqamətinə, 11 iyul tarixindən isə Tbilisi-Bakı istiqamətində hərəkətdə olan qatarlara əlavə 3 vaqon qoşulur:

“Bununla da, hazırda qatarlarda mövcud olan 178 yer 282-dək artırılır. Bu üç vaqonda əlavə 104 yer olacaq. Bununla da, bir qatar tərkibində 60%-ə yaxın artım nəzərdə tutulur.
Biletlər bugün satışa verilib və sərnişinlər həm onlayn, həm kassalara yaxınlaşaraq biletləri əldə edə bilərlər”.