BAKI, 18 iyun. TELEQRAF
2026-cı ilin yanvar-may aylarında nəqliyyat sektorunda 99 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox yük, 917,6 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çox sərnişin daşınıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Yüklərin 62,5 faizi avtomobil, 26,7 faizi boru kəməri, 7,2 faizi dəmir yolu, 3,5 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 89,2 faizi avtomobil, 10,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.