BAKI, 8 iyul. TELEQRAF
“ƏDV geri al” layihəsi çərçivəsində 104 mln. manatdan çox vəsait istehlakçılara qaytarılıb.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar-iyun ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə müvəkkil banklar tərəfindən istehlakçılara 104 milyon 259,6 min manat ƏDV qaytarılıb.
2026-cı ilin yanvar-iyun aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılan ƏDV-nin (“Tax free”) məbləği 4.361,3 min manat təşkil edib.