BAKI, 10 iyun. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) ​yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşacaq.

Qurumdan Teleqraf-a verilən məlumatya görə, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə əlaqədar olaraq 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.

Qeyd edək ki, biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.