BAKI, 8 iyul. TELEQRAF
NATO-nun Baş katibi Mark Rutte Rusiya rəhbərliyinə müraciət edərək alyansın mövqeyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Mark Rutte Ankarada jurnalistlərə açıqlamasında bildirib.
Baş katib NATO-nun Rusiya üçün təhlükə yaratmadığını və təşkilatın müdafiə xarakterli qurum olduğunu bildirib:
"NATO-nun məqsədi öz üzv dövlətlərinin təhlükəsizliyini, demokratik dəyərlərini və ərazi bütövlüyünü qorumaqdır. Alyans heç bir tərəfə hücum etmək niyyətində deyil".
Mark Rutte tərəflər arasında yaranmış gərginliklə bağlı Rusiyaya qarşı mövqelərinin dəyişməz olduğunu və alyansın kollektiv müdafiə öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb.