BAKI, 8 iyul. TELEQRAF
Londonun ICE birjasında "Brent" markalı xam neftin qiyməti 22 iyun 2026-cı il tarixindən bəri ilk dəfə bir barel üçün 80 dolları ötüb.
13:17
Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti iyun 23-dən bəri ilk dəfə 78 ABŞ dollarını ötüb.
Teleqraf xəbər verir ki, “Brent” neftinin qiyməti 4,75% artaraq 78,85 dollara bərabər olub.
Bundan əlavə, WTI markalı neftin qiyməti də 5,42% artaraq bir barel üçün 74,26 dollar təşkil edib.
*** 09:03
Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçersləri 76.08 dollara bərabər olub.
Teleqraf xəbər verir ki, "Brent" markalı neftin qiyməti 2.60% artıb.
WTI xam neftinin fyuçerslərinin qiyməti isə 2.65% artaraq barel üçün 72.30 dollara bərabər olub.