BAKI, 7 iyul. TELEQRAF

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.

Bu barədə Teleqraf-a qurumdan məlumat verilib.

Bildirilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.