BAKI, 18 iyun. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq–Salahlı sahəsində enerji təchizatı sisteminin yenilənməsini başa çatdırıb.

Teleqraf xəbər verir ki, Ağstafa stansiyasında isə müvafiq işlər yekunlaşmaq üzrədir.

Məlumata görə, Yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək.