BAKI, 8 iyul. TELEQRAF
Bu gün Zaqatalanın bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir-bərpa işləri ilə əlaqədar işlər yekunlaşanadək Zaqatala şəhərinin A Həmidov, S. Kazımov, Dağıstan, N. Kusayev, İmam Şamil küçələrinin, həmçinin rayonun Danaçı, Yolayrıc, Paşan, Fındıqlı, A. Çardaxlar, Mazıx, Qəbizdərə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.