BAKI, 8 iyul. TELEQRAF
Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes DÇ-2026-nın 1/8 finalında Misirə qarşı keçirilən oyunda tarixi göstəriciyə imza atıb.
Teleqraf xəbər verir ki, 25 yaşlı futbolçunun ikinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə başla vurduğu qol Argentina millisinə 3:2 hesablı qələbə qazandırıb.
Bu, 2026-cı il dünya çempionatında 90-cı dəqiqədən sonra vurulan 10-cu qələbə topu olub. Əvvəlki heç bir dünya çempionatında bu qədər çox gec qələbə qolu qeydə alınmayıb.
Qeyd edək ki, Lionel Skaloninin komandası Misirlə oyunun 78-ci dəqiqəsinə qədər 0:2 hesabı ilə geridə olsa da, geridönüş edərək 1/4 finala yüksəlib. Argentina növbəti mərhələdə İsveçrə ilə qarşılaşacaq.