BAKI, 7 iyul. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin iyununda 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.

Məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 707 min tonu ötərək keçən ilin göstəricisini 38% üstələyib.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67% (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48% (47 240 ton) artım qeydə alınıb.