BAKI, 8 iyul. TELEQRAF
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
Teleqraf xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1.95 dollar və ya 2.65% artaraq 75.66 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.