BAKI, 11 iyun. TELEQRAF

İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək.

Qurumdan Teleqraf-a verilən məlumata görə, ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının azalacağı azalacağı nəzərə alınaraq, qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək.

Dəyişiklikdən sonra “28 May−Əhmədli” sahəsində qatarlararası interval iş günlərində pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə olacaq.

“Bakmil” və geri istiqamətdə hərəkət cədvəli Bakı metropoliteninin saytında dərc ediləcək.

Bənövşəyi xətt, həmçinin “Cəfər Cabbarlı−Xətai” və “Həzi Aslanov−Əhmədli” mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək.

Məlumata görə, nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Yay hərəkət qrafiki yeni tədris mövsümü başlanana qədər qüvvədə olacaq.