BAKI, 4 iyun. TELEQRAF

Xankəndidə yağış sularının yığılması üçün yeni kollektor sisteminin tikintisi nəzərdə tutulur.

Teleqraf-ın Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin sədri Müşfiq Adıgözəlov Qarabağa təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında deyib.

M.Adıgözəlov bildirib ki, hazırda layihə üzrə layihələndirmə işləri aparılır:

“Şəhərin su təchizatı və kanalizasiya infrastrukturu ilə yanaşı, yağış sularının idarə olunmasını təmin edəcək kollektor sistemi də yenidən qurulacaq”.

Qeyd edək ki, həyata keçiriləcək layihə Xankəndi şəhərinin su və kanalizasiya infrastrukturunun müasir tələblərə uyğun şəkildə yenilənməsini nəzərdə tutur.