BAKI, 5 noyabr. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına yeni eskalasiya mərhələsi riski ilə əlaqədar müvəqqəti olaraq İrana səyahət etməkdən çəkinməyi tövsiyə edir.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib:

"İran ətrafında yeni eskalasiya riskinin davam etməsi nəzərə alınmaqla, Rusiya vətəndaşlarına tövsiyələrimiz dəyişməz olaraq qalır. Vəziyyət həll olunana qədər müvəqqəti olaraq həmin ölkəyə səyahət etməkdən çəkinməyi tövsiyə edirik", - deyə o bildirib.

Zaxarova əlavə edib ki, İranda olan Rusiya vətəndaşlarından sayıqlıq göstərmələri və izdihamdan, ictimai tədbirlərdən, hərbi obyektlərdən uzaq olmaları xahiş edilir: "Rusiya tərəfi vəziyyətin inkişafını yaxından izləyir və İrandakıları da eyni şeyi etməyə çağırır".