BAKI, 23 dekabr. TELEQRAF
"Dövlət Sərhəd Xidməti", "Milli Onkologiya Mərkəzi", "Ağdam Dövlət Sosial-İqtisad Kolleci" publik hüquqi şəxsi, "Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı" və "Milli Məclisinin İşlər İdarəsi"nə məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılır.
Teleqraf xəbər verir ki, hərracda 1969-2014-cü il istehsalı olan müxtəlif markalı nəqliyyat vasitələrinin start qiyməti 2 200 manatdan 230 000 manata qədər dəyişir.
Qeyd edək ki, hərrac fevralın 26-da baş tutacaq. İştirak üçün isə əvvəlcədən 10% beh tələb olunur.