BAKI, 16 oktyabr. TELEQRAF
Mövcud demoqrafik meyillərə əsasən, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempinin BMT-nin “Dünya Əhalisinin Perspektivləri” hesabatına görə 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi"ndə məlumat verilib.
Bildirilir ki, 15–64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayı 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacaq, daha sonra isə azalmağa başlayacaq.
2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisi 65,4 faizədək azalacaq.Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir.