BAKI, 1 oktyabr. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 14, 21 və 28-də keçiriləcək hərraclara 225 nəqliyyat vasitəsi və texnika çıxarılıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, oktyabrın 14-də keçiriləcək hərraca 152 nəqliyyat vasitəsi, oktyabrın 21-də keçiriləcək hərraca 5 nəqliyyat vasitəsi, oktyabrın 28-də keçiriləcək hərraca isə 68 nəqliyyat vasitəsi və texnika çıxarılıb.
Avtomobil və texnikaların buraxılış tarixləri 1971-2022-ci illəri əhatə edir.