BAKI, 10 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 374,5 milyon manat məbləğində investisiya yönəldilib. Bu daəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azdır.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalıb.
Qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8 faiz artıb.
İstifadə olunmuş investisiyanın 5 milyard 800 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 819,9 milyon manatı (33,6 faizi) xidmət sahələrinə, 1 milyard 754,4 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 8 milyard 752,8 milyon manatını və ya 77 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 8 milyard 985,9 milyon manatı və ya 79 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.