BAKI, 23 aprel. TELEQRAF
2025-ci ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın payı 35,6% olub.
Teleqraf xəbər verir ki, ümumilikdə Fondun investisiya portfelində 178,1 ton qızıl mövcuddur.
Qeyd edək ki, 2025-ci ilin sonuna Fondun investisiya portfelində qızılın payı 200 ton və ya 38,2% olub. Fondun qızıl üzrə aktivləri hesabat dövründə ilin əvvəli ilə müqayisədə 21,9 ton və ya 10,95% azalıb. İnvestisiya portfelində xüsusi çəkisi isə 4,6 faizə düşüb.
Fonddan bildirilib ki, rüb ərzində səhm və istiqraz bazarlarında təzyiq müşahidə olunsa da, qızıl investisiyaları əhəmiyyətli müsbət töhfə verib:
"Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlayıb. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurub ki, bununla da, ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşıb".