BAKI, 23 aprel. TELEQRAF
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb.
Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.59% azalaraq 4,725 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 2.24% ucuzlaşaraq 76.21 ABŞ dolları təşkil edib.