BAKI, 23 aprel. TELEQRAF

Dövlət Neft Fondu (ARDNF) 2026-cı il büdcəsinin icrası çərçivəsində 3 milyon 210 min manat vəsait dövlət büdcəsinə transfert edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % azdır.

Teleqraf Fonda istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında icrası davam edən layihələrə 7,1 milyon manat yönəldilib.

O cümlədən, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 5,9 milyon manat yönəldilib.

Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,4 milyon manat təşkil edib.