BAKI, 23 aprel. TELEQRAF
2026-cı ilin birinci rübündə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində avronun payı 10 milyard 845,5 milyon təşkil edib. Bu da portfelin 16,9%-i deməkdir.
Teleqraf xəbər verir ki, 2025-ci ilin sonunda Fondun portfelində avronun payı 10 milyard 926,5 milyon və 17,5% olub.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ümumilikdə 73 milyard 515,2 milyon ABŞ dolları olan portfelin 52 milyard 238,7 milyon dolları (71,1%) bu valyutada yerləşdirilmiş vəsaitlərdir. Portfeldə (16,9%), ingilis funt sterlinqinin payı 2 milyard 660,3 milyon (4,8%), Çin yuanının 11 milyard 515,6 milyon (2,3%), yapon yeninin 154 milyard 867,4 milyon (1,3%), digər valyutaların isə 2 milyard 690,1 milyon dollar (3,6%) olub.
Qeyd edək ki, 2025-ci ilin sonuna Fondun investisiya portfelində ABŞ dollarının payı 51 milyard 772,4 milyon dollar olub. Bu da portfelin 70,4 faizi deməkdir. Portfeldə ingilis funt sterlinqinin 2 milyard 659,3 milyon (4,9%), Çin yuanının 11 milyard 447,5 milyon (2,2%), yapon yeninin 150 milyard 938,9 milyon (1,3%), digər valyutaların isə 2 milyard 703 milyon dollar (3,7%) olub.