BAKI, 23 aprel. TELEQRAF
"Premium Bank" ASC-nin dövlətə vergi borcu yaranıb.
Teleqraf xəbər verir ki, borcun məbləği 34 min 251.25 manatdır.
Qeyd edək ki, bankın nizamnamə kapitalı 174 milyon 601 min 350 manat təşkil edir. 2004-cü ildə dövlət qeydiyyatına alınan bankın qanuni təmsilçisi Fərhad Baxşəliyevdir.
Bank bu ilin birinci rübünə dair maliyyə hesabatında nə qədər mənfəət vergisi ödədiyini də açıqlamayıb.
Nəzərə çatdıraq ki, bankın aktivləri 666 milyon 485 min manat, öhdəlikləri 464 milyon 829 min manatdır. Aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 1,65% azalıb.
Bu arada onu vurğulayaq ki, bankın aktivləri ilə öhdəlikləri arasında yüksək fərq (müsbət və ya mənfi) adətən valyuta disbalansı, riskli kreditləşmə və ya devalvasiya gözləntiləri fonunda baş verir, bu da likvidlik riskini artırır. "Premium Bank"ın aktivlərinin öhdəliklərini əhəmiyyətli dərəcədə üstələməsi faiz marjasına və bankın gəlirliliyinə birbaşa təsir göstərib.