BAKI, 22 aprel. TELEQRAF

2007-2025-ci illər ərzində kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı orta hesabla 6,3 faiz artıb. Kənd təsərrüfatı istehsalının cəmi 14,3 faizi səviyyəsində olub.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində apardığı auditin nəticələrində qeyd edilib.

Sənədə görə, müqayisə olunan dövrdə kənd təsərrüfatı və ərzaq məhsulları ixracının ölkə üzrə ixracdakı payı orta hesabla 4 faiz, kənd təsərrüfatı və ərzaq məhsulları idxalının ölkə üzrə idxaldakı payı isə orta hesabla 16,1 faiz təşkil edib.

Ötən müddətdə itəkcə idxal ixracı üstələməyib ərzaq məhsulları ilə özünütəminetmə də proqnozları doğrultmayıb.

Qurumun təhlilində bildirilir ki, özünütəminetmə səviyyəsi 85 faiz olarsa bu normal hədd hesab edilir. Dövlət Statistika Komitəsinin hazırladığı ərzaq balansına görə 2024-cü ildə bir sıra məhsulları ilə özünütəminetmə səviyyəsi 85 faizdən aşağı olub. Bu göstərici düyü üzrə 22,2 faiz, bitki yağları üzrə 55,6 faiz, buğda üzrə 56,1 faiz, kərə yağı üzrə 69,8 faiz, makaron məmulatları üzrə 71,1 faiz, ət və ət məhsulları üzrə 83,4 faiz, süd və süd məhsulları üzrə 83,9 faiz təşkil edib.

Qeyd edək ki, 2007-2019-cu illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına 2 milyard 58,7 milyon manat məbləğində birbaşa maliyyə dəstəyi göstərilib.