BAKI, 23 aprel. TELEQRAF

2026-cı ilin birinci rüfündə Çin ilə Özbəkistan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,5 % artıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, cari ilin yanvar-mart aylarında qarşılıqlı ticarət dövriyyəsinin dəyəri 4,1 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə Çin mallarının Özbəkistana ixracı 30,6 % artaraq 3,6 milyard dollara çatıb. Öz növbəsində, Çinin Özbəkistandan idxal etdiyi məhsulların həcmi illik müqayisədə 83,3 % artaraq 524 milyon dollar təşkil edib.