BAKI, 23 aprel. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Azərbaycan - Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Laziz Kudratovla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında qeyd edib.

"Ölkələrimizin strateji tərəfdaşlığını, dinamik iqtisadi inteqrasiyanı və yeni təşəbbüsləri vurğuladıq. Qarşılıqlı sərmayələrin və birgə investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik," - deyə M.Cabbarov əlavə edib.