BAKI, 19 avqust. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 55 nəqliyyat vasitəsi satılıb.
Teleqraf xəbər verir ki, hərraclara çıxarılan 78 əmlaka ümumilikdə 140 sifariş qəbul edilib. Bunlardan 57-si onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 2.000 manat olan “Mercedes Benz S420” markalı avtomobil 6.800 manata, 4.500 manat olan “Ford Transit” markalı avtomobil isə 8.500 manata satılıb.
Qeyd edək ki, cari ay ərzində avqustun 26-da keçiriləcək növbəti hərraca nəqliyyat vasitələri çıxarılıb.