BAKI, 15 avqust. TELEQRAF

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk beş ayında 24815 nikah və 10350 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4-dən 4,9-a qədər artıb. Boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.

Qeyd edək ki, nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (6,4), Qarabağ (6,2), Mil-Muğan (5,7), Lənkəran-Astara (5,6), Şirvan-Salyan (5,4), Dağlıq Şirvan (5,1), Bakı (5,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub.