BAKI, 9 avqust. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Qəbələ rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Audiovizual Şura, Bakı Appelyasiya Məhkəməsi, eyni zamanda, Avtomobil Yolları Dövlət Agentliyi "48 №-li Yol İstismarı" MMC, Gəncə Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Müdafiə Nazirliyinə məxsus toplam 153 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
Teleqraf xəbər verir ki, nəqliyyat vasitələrinin buraxılış illəri 1971-2012-ci illəri əhatə edir. Hərracda ilkin satış qiymətləri isə 800 manatdan 49 min manata qədər dəyişir.
Qeyd edək ki, hərracda iştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur. Hərrac oktyabrın 14-ü saat 10:00-da baş tutacaq.