BAKI, 30 iyul. TELEQRAF
2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının agentlikdə keçirdiyi 2021-2024-cü illəri əhatə edən auditin nəticələrində qeyd olunub.
Eyni zamanda, Dövlət Turizm Agentliyi haqqında Əsasnamədə Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis hazırlığı nəzərdə tutulmadığı halda, qurum Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriya Respublikasının İMC KREMS Tətbiqi Elmlər Universitetinə 899,5 min manat vəsait ödəyib.