BAKI, 30 iyul. TELEQRAF
Azərbaycan Respublikası Tarif (qiymət) Şurası "Azəristiliktəchizat" ASC tərəfindən göstərilən xidmətin tarifində dəyişiklik edib.
Teleqraf xəbər verir ki, qərara görə, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb.
Yeni tariflər Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, “İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilə”yə (əhali qrupuna aid istehlakçılar) əlavə edilən dağ rayonlarında 2025-ci il 1 noyabr tarixindən, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq olunacaq.
Qərarı Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov imzalayıb.