BAKI, 25 iyul . TELEQRAF

2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 mln. manat təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumatagörə həyata keçirilən nağdsız ödənişlərin 7,375 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1,058 mln. manatı POS-terminallar, 5 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.