BAKI, 23 iyul. TELEQRAF

Azərbaycanda ticarət şəbəkəkələrində malların alıcılara üzərindəki qiymətdən fərqli qiymətə satışı halları davam edir.

Teleqraf xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti növbəti belə halı "Rahat Market" şəbəkəsində aşkarlayıb.

Şəbəkə qida məhsulu üzərində göstərilmiş qiymətdən baha qiymətə satılıb.

Baş verən pozuntuya görə, marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 447.0.1 bəndi - "Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması" üzrə protokol yazılıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir. Qeyd edək ki, “az miqdarda” dedikdə, 300 manata qədər olan məbləğ başa düşülür.

Qeyd edək ki, ilin əvvəlindən şəbəkəyə qarşı ilk protokol mart ayında tərtib edilib. Marketlər şəbəkəsi aprel, may, iyun aylarında da malın hesabına dair istehlakçıları aldatdığı üçün cərimələnib.