BAKI, 11 iyul. TELEQRAF
Sentyabrın 9-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Dövlət Ehtiyatları Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinə məxsus toplam 13 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
Teleqraf xəbər verir ki, hərracda Dövlət Ehtiyatları Agentliyinin bir ədəd Mercedes Benz markalı minik avtomobili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Chevrolet Niva markalı 10 ədəd minik avtomobili və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin VAZ-2131 minik və UAZ markalı yük sərnişin maşını satışa qoyulacaq.
Sözügedən nəqliyyat vasitələrinin buraxılış illəri 1992-2007-ci illəri əhatə edir. Hərraxda ilkin satış qiymətləri isə 4 200 manatdan 9 500 manatadək dəyişir.
Qeyd edək ki, hərracda iştirak etmək üçün əvvəlcədən 10 faiz beh tələb olunur.