BAKI, 8 iyul. TELEQRAF
İyulun 8-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 16 nəqliyyat vasitəsi satılıb.
Teleqraf xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 66 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 8.500 manat olan “Nissan Sunny” markalı avtomobil 10.800 manata, 8.200 manat olan “Volkswagen Jetta” markalı avtomobil isə 10.700 manata satılıb.
Cari ay ərzində növbəti hərraclar 15, 22 və 29 iyul tarixlərində keçiriləcək.