BAKI, 6 iyun. TELEQRAF

Dünya bazarlarında Azərbaycan neftinin qiymətində yenidən artım müşahidə olunub.

Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 dollar, yəni 1,3 faiz bahalaşaraq 70,16 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.