2025-ci ilin yanvar-mart aylarında Qarabağ iqtisadi rayonunda əsas kapitala yönəldilən investisiyaların məbləği 316950,3 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata əsasən, ən çox kapital qoluşu Ağdam rayonuna reallaşdırılıb- 110876,2 min manat.

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kapital qoyluşu 421432,8 min manat təşkil edib. Bunun da 123669,6 min manatı Laçın rayonunun, 107697,5 min manatı Zəngilan rayonunun payına düşüb.