Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilə nisbətən İsraildən gələnlərin sayı 2,3 dəfə, Tacikistandan - 1,7 dəfə, İordaniyadan - 49,6 faiz, Çindən - 43,1 faiz, Özbəkistandan - 38,6 faiz, Qırğızıstandan - 34,9 faiz, Yaponiyadan - 26,4 faiz, Qazaxıstandan - 20,3 faiz, Pakistandan - 12,5 faiz, İtaliyadan - 11,4 faiz, Almaniyadan - 10,3 faiz artıb.

Ötən ilin müvafiq dövrü iə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,7 faiz artaraq 111 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 faiz azalaraq 380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 804,5 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2,5 faiz artaraq 1 milyon 67,7 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,7 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.