BAKI, 23 may. TELEQRAF
Milli Lider Heydər Əliyevin 102 illik yubileyinə həsr edilmiş "Paylayıcı Şəbəkələrin gənc mütəxəssislərinin Peşə Ustalığı" yarışmasının ikinci gününün qalibləri müəyyən olunub.
Teleqraf xəbər verir ki, yarışın nəticələrinə əsasən münsiflər heyətinin qərarı ilə "Qarabağ" komandası birinci yerə, "Mərkəzi Aran" komandası ikinci yerə, "Cənub" komandası isə üçüncü yerə layiq görülüb.
Sonda qalib komandalara mükafatlar təqdim olunub.
Xatırladaq ki, yarışın ikinci günü Hadrutda baş tutub.