BAKI, 22 may. TELEQRAF
Milli Depozit Mərkəzi (MDM) ilk dəfə mərkəzləşdirilmiş qaydada Azərbaycan Beynəlxalq Bankının (ABB) 2024-cü il üzrə dividend ödənişlərini həyata keçirib.
MDM-dən Teleqraf-a verilən məlumata görə, ABB-nin 6 may 2025-ci il tarixli qiymətli kağız mülkiyyətçilərinin reyestrində əks olunan bütün səhmdarlarına malik olduqları səhm sayına uyğun olaraq dividend köçürülüb.
Bu çərçivədə ABB səhmdarlarına ümumilikdə 200 milyon manat məbləğində dividend ödənilib.
Səhmlərin nəzarət zərfi dövlətə məxsus olduğundan ödənişlərin 184 milyon manatı dövlət büdcəsinə, qalan hissəsi isə 30,000-dən çox fərdi və institusional səhmdara yönəldilib.