BAKI, 21 may. TELEQRAF

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib.

Bu barədə məlumat Teleqraf-a Nazirlikdən verilib.

Məlumata görə, mayın 21-də Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6.8 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Bu, Nazirliyin keçirdiyi sayca üçüncü hərracdır. Bu hərraclarda yerləşdirilən depozitlərin həcmin ümumilikdə 2 milyarda çatıb.