BAKI, 20 may. TELEQRAF
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar- aprel ayları ərzində daşınmaz əmlak üzərində 120.130 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Qurumdan Teleqraf-a verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 19.373-ü (16,1%) ilkin, 100.757-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşüb.
Belə ki, cari ilin ilk dörd ayı ərzində fərdi yaşayış və bağ evi üzərində 20.332, mənzil üzrə 28.355, torpaq sahəsi üzrə 67.143, qeyri-yaşayış binası üzrə 961, qeyri-yaşayış sahəsi üzrə 3.061, əmlak kompleksi üzrə 213, çoxmərtəbəli yaşayış binası üzrə 62 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 30.546-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.
Həmçinin, dövr ərzində 84.305 texniki pasport tərtib edilib, 19.915 ipoteka müqaviləsi qeydiyyata alınıb.