BAKI. 17 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 min 689,6 ton kərə yağı istehsal edilib.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 2.5 faiz azdır.

2024-cü ilin uyğun dövründə 8 min 912,8 ton kərə yağı istehsal edilmişdi.

Komitənin məlumatına görə, bu il mayın 1-nə hazır kərə yağı ehtiyatı 25,9 tondur.