
BAKI, 17 may. TELEQRAF
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 1427 ədəd noutbuk istehsal edilib.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 596 ədəd və ya 71,7 faiz çoxdur.
Bununla yanaşı, ötən ay Azərbaycanda 1684 ədəd stolüstü kompüter istehsal edilib. Ötən ilin eyni ayları ilə müqayisədə stolüstü kompüter istehsalı 1057 ədəd və ya 2,7 dəfə artıb.
Ümumiyyətlə, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-aprel aylarında 73,8 milyon manatlıq məhsul istehsal olunub.