BAKI, 17 may. TELEQRAF

2025-ci ilin birinci rübündə Azərbaycanda 2,7 min iş yeri bağlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu dövrdə bağlanmış iş yerlərinin 48,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 20,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.